Okebiz Video Search



Title:Ramiz Rövşən - Köhnə məktublar - Kamran M.Yunis
Duration:05:58
Viewed:114,594
Published:04-12-2013
Source:Youtube

Ramiz Rövşən - Köhnə məktublar
Melodiya - Rəmal Rəsul
Sənətçi - Kamran M.Yunis.

Xəbər gələr daha ömrün qışından,

Soyuyarsan-saçlarına qar düşər.

Ancaq köhnə kitabların içindən

Hərdən-hərdən köhnə məktublar düşər.

Əyilərsən,götürörsən gizlicə,

Boylanarsan arvad uşaq görməsin.

Çəkilərsən otağın bir küncünə,

Gizli gilzi oxuyarsan hər sözü.

Bu sevgi məktubudu İlahi,

Indiyəcən ağrıyır hər sözü də.

Yazan qızın nəydi adı,lahi?

Yaddan çıxib sifəti də,üzü də.

Oxuduqca lal sətirlər səslənər,

Yavaş yavaş səsi düşər yadına

Bir hərfdən -qaşı düşər yadına

Bir hərfdən -gözü düşər yadına.

O gözlərdən yadigartək varaqda

Göz yaşının ləkəsini görərsən.

Birdən donu xışıldayar otaqda.

Pəncərədə kölgəsini görərsən.

Diksinərsən,boylanarsan qapıya

“o gölgəni arvad-uşaq gördümü?!”

Tez məktubu atarsan külqabıya,

Yandırarsan hər sözünü, sətrini.

Sözlər yanar –kağızı da yandırar,

Sözlər yanar –o qızı da yandırar.

Sözlər qaçar o alovun içindən,

Sən baxdıqca- basar səni soyuq tərş

Sıra sıra qarışqalartək qaçıb gedər qara qara hərflər.

Təkcə o qız qaça bilməz bu oddan,

Bir quş olub uça bilməz bu oddan.

O qız yanar o alovun içində

Göyə qalxar o alovun dilleri

Alovun dillerine sarmaşıb

Yanar yanar uzun uzun telləri

Yanar bu vaxt saçlarını oxşyan

Uzun uzun barmaqları, əlləri.

O qız yanar ərşə çıxar tüstüsü,

Kağız yanar külqabıda küllənər.

Qəfil birdən külqabının içindən

Yere düşüb bir üzük diyirlənər.

Lap özünü itirərsən-baxarsan

O üzüyü götürərsən baxarsan

Bu üzüyü axı harda görmüsən?

Bu üzüyü görməmisən bəlkə heç.

Sən o qiza haçan üzük vermisən?

Ona üzük verməmisən bəlkə heç.

Arvadın da qəfil girər qapıdan,

-Əlindəki nədi?-deyer.

- o üzüyü nə yaxşı ki tapmısan,

Neçə vaxtdı itirmişdim gəzirdim.

Sonar gələr səndən alar üzüyü:

-Bunun rəngi niyə belə qaralıb?

Barmağına güclə salar üzüyü:

-Ele bil ki,bir balaca daralıb.

Külqabıdan tüstü qalxar hələ də

O məktubun külü hələ də işarar

Maddım maddlm durub baxar arvadın

O tüstüdən bir cüt gözü yaşarar.

Heç olmas pəncərəni aç deyər-

Burda necə oturmusan sən necə?!

Bu nə yanıq qoxusudu,İlahi,

Elə bil ki adam yanıb indicə.....

SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :



SPONSORED
Loading...
RELATED VIDEOS
Geriyə baxanda - Ramiz Rövşən (24.09.2017) Geriyə baxanda - Ramiz Rövşən (24.09.2017)
09:51 | 34,815
Şəhriyar del Gerani - Bir ovuc əllər - Kamran M. Yunis Şəhriyar del Gerani - Bir ovuc əllər - Kamr...
11:29 | 911
Ramiz Rövşən- Qocaliq Ramiz Rövşən- Qocaliq
02:49 | 399,943
Yenə bu şəhərdə üz-üzə gəldik (Ayrılıq) - Ramiz Rövşən. Səsləndirdi: İlkin Baba Yenə bu şəhərdə üz-üzə gəldik (Ayrıl...
04:01 | 980,190
Tuncel Kurtiz'in Tüm Şiirleri Tuncel Kurtiz'in Tüm Şiirleri
18:19 | 564,121
Ramiz Rövşənin 5 möhtəşəm sevgi şeiri Xəzər Süleymanlının ifasında Ramiz Rövşənin 5 möhtəşəm sevgi şeiri X...
09:00 | 365,720
Ramiz Rövşən - Özümü Sevə Bilmirəm - Kamran M. Yunis Ramiz Rövşən - Özümü Sevə Bilmirəm - Ka...
05:28 | 24,688
Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim - Kamran M.Yunis Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mə...
04:08 | 287,110


coinpayu