Title | : | Aqsin Fateh ve heyati haqqinda 2020 |
Duration | : | 02:42 |
Viewed | : | 14,531 |
Published | : | 24-02-2020 |
Source | : | Youtube |
#aqsinfateh
#aqsinfateh2020
Aqsin Fateh ile musahibe
Çoxlu tədbirlərdə, şadlıq məclislərində olursuz. Sizcə müasir şadlıq məclislərində mənəviyyat baxımından çatışan və çatışmayan xüsusiyyətlər nələrdir?
- Birinci növbədə onu deyə bilərəm ki, israfçılıq çox olur. Həddindən artıq çox olur. Stollarda qalan yeməklər, salatlar, filan, filan... Artıq xərclər - bir nömrəli budur. Yəni ən böyüyü elə budur.
Əlavə olaraq deyim ki, əksər insanlar bu cürdür ki, kimin hörməti var, ad-sanı var, onun məclisində hamı iştirak etməyə can atır, özünü göstərməyə çalışır. Lakin kim ki bir az kasıbdır, tanınmayan şəxsdir, fəqir-füqəradır, o “bədbəxt” toy edəndə onun toyuna gələn az olur.
İndiki vəziyyətdə toy edəndə camaatın elə bir imkanı yoxdur ki, pul versin yaxşı musiqiçi gətirsin, yaxşı oxuyan gətirsin. Ona görə də toyları sönük alınır.
Təkəbbürlük olmasın, biz hər təbəqədən olan insanların məclislərində iştirak edirik, hamını da xidmətimizdən razı salmağa çalışırıq, nəzərə alırıq ki, heç olmasa bu kasıbın toyunda da Allah adı, əhli-beyt sözü səslənsin.
Fikrinizcə, İslami dəyərləri tərənnüm edən ifaçıların diqqət etməli olduqları məsələlər nədən ibarətdir? Yəni mahnı və mədhiyyələrlə mənəvi irsimizin gənc nəslə təbliğ edilməsində hansı hallar zərərli, hansılar isə xeyirlidir?
- Birinci növbədə məddahlar özləri ədəbli, əxlaqlı olmalıdılar. Hər şey özlərindən başlayır. Onlar necə görsənirlərsə, camaatla necə danışıb rəftar edirlərsə, təbliğləri də o cür təsir edir.
Yox, amma o məddahlar, o şairlər ki ədəbində, əxlaqında və imanında səhnədə başqa cür, həyatda başqa cür, kənarda başqa cür görünürlər, onların etdiyi işlərin təsiri böyük olmayacaq.
Məddahların verdiyi zərəri heç kim verə bilməz. Məddahların, alimlərin və ruhanilərin verdikləri zərəri də heç kim verə bilməz, verdikləri xeyri də heç kim verə bilməz.
İnsan gərək birinci özündən başlasın. Hər bir məddah gərək öz əxlaqına, mədəniyyətinə fikir versin. Çünki hər biri islami dəyərləri tərənnüm edir, əhli-beytin, peyğəmbərlərin kəlamlarını yayırlar. İstər geyimlərində və səliqə-səhmanlarında, istərsə də danışıqda, oxumaqda və digər xüsusiyyətlərində məddahlar numunəvi olmalıdırlar.
Son günlərdə qələmə aldığınız şer və ya qəzəllərinizdən hansı parçanı Aypara.tv-nin izləyicilərinə ərməğan olaraq demək istəyərdiz?
İmam Əli(ə.) haqda olan Qələm şerimin bir-neçə beytini sizlərə ərməğan edirəm:
Görməyirsənmi yazım qarə, üzüm qarə gəlib?!
Ona tərif deməyə hansı qələm karə gəlib?!
Bir adam ki, göz açıb Kəbədə rüzgarə gəlib,
Ol kəsin tərifi sanma ki, asandır, şair.
Ayəbəayə onun vəsfi Qurandır, şair...!
Söz də verdim, yumacam ağzımı, heç qızmayacam!
Əli haqqında nəsə kəlmə belə cızmayacam!
Tövbə etdim dəfələrlə ki, daha yazmayacam!
Yazmadım ki, belə bağrım qara qandır, şair.
Əildən yaz! Yenə yaz, durma amandır, şair!
Elə yaz ki, Əlidən surətinə layiq ola,
Eşidənlər, oxuyanlar, söz ilə tövfiq ola,
Əliyə aşiq olanlar yenidən aşiq ola,
Həmi düşmənlərinin bağrını yandır, şair!
Əliyə kəm baxanı sözlə utandır, şair...
► KANALA : Abonə Olun Ən Yeni Videolar Sizə Gəlsin ✓
► Kanala Abonə Olmagi Unutmayin
✮ Subscribe ✓
✮ Подписаться ✓
✮ Abone Ol ✓
Diqqət!!!
Kanalda yayımlanan mahnı və videoların xəbərsiz, digər kanallarda yayımlanması qadağandır. Yayım aşkarlandığı halda xəbərdarlıq edilmədən şikayət olunacaq!!!
#xeberplus
#tvshow
#trend
© 2020 Xəbər Plus
SHARE TO YOUR FRIENDS
Scan me